• USD 1,7000 0,00% EUR 1,9349 +0,49%
    • GBP 2,1620 +0,12% RUB 0,0253 -0,79%

Dənizə getmək istəyənlərə nazirlikdən XƏBƏRDARLIQ

Dənizə getmək istəyənlərə nazirlikdən XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 24-27° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir", - deyə məlumatda bildirilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>