Yağış, leysan, güclü külək - SABAHIN HAVASI
Bizi izləyin

Ekologiya

Yağış, leysan, güclü külək - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Bölgələrdə də sabahbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm