Ekologiya
Beyləqanda 200-ə yaxın ağac yandı
Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində, avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağacın yandığı məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 39200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon Polis Şöbəsinə göndərilib.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb