Azərbaycanda ov edən Qətər vətəndaşı cərimələndi
Bizi izləyin

Ekologiya

Azərbaycanda ov edən Qətər vətəndaşı cərimələndi

Biləsuvar və Saatlı rayonlarında qanunsuz ov edən yerli və xarici vətəndaşlar saxlanılıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Biləsuvar rayonunun Platina, Saatlı rayonunun Muğan ərazilərində, Uludüz və Ağzıbir Ovçuluq Təsərrüfatlarında icazəsiz ova cəhd edən Cəlilabad rayon sakinləri Səfər Əhədov, Çingiz Əliyev, Qətər vətəndaşı Mohammed Khalaf Kaabi, Şamaxı rayon sakini Şahin Məmmədov, Siyəzən rayon sakini Fərid Vəliyev və Sumqayıt şəhər sakini Emil Əliyev saxlanılıb. Onlardan 6 ov tüfəngi götürülüb.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm