Ekologiya
Yaxın saatlarda küləyin sürəti artacaq - 28 metr/saniyə
“Əvvəldən xəbər verildiyi kimi respublika ərazisində səhər saatlarından şimal-qərb küləyinin güclənməsi müşahidə edilir. Belə hava şəraiti gün ərzində davam edəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, oktyabrın 6-sı səhər saatlarından başlayaraq küləyin tədricən mülayimləşəcəyi, şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
“Hazırda Tərtər, Bərdə, Neftçala, Ağstafa kimi rayonlarda güclü külək əsir. Küləyin sürəti 20-25 metr/saniyə təşkil edir. Bakıda hazırda güclü şimal-qərb küləyi əsir və bu külək gün ərzində müşahidə ediləcək. Bakıda küləyin sürətinin 15-20, arabir 23-28 metr/saniyə təşkil etməsi gözlənilir, yarımadanın bəzi yerlərində küləyin sürəti 33 metr/saniyəyə yüksələcək. Bu hava şəraiti şimaldan hərəkət edən soyuq hava kütləsinin təsiri nəticəsində müşahidə edilir”.
G.Məmmədova bildirib ki, həftə sonu hava şəraitinin nisbətən mülayimləşəcək:
“Hazırda müşahidə edilən hava şəraiti sabah günorta saatlarından mülayim şimal-şərq küləyi ilə əvəz ediləcək. Oktyabrın 7-8-də hava nisbətən mülayim keçəcək. Oktyabrın 7-dək bölgələrdə yağmurlu hava şəraiti müşahidə ediləcək. Ayın 8-dən etibarən həm Bakı, həm də regionlarda hava şəraiti mülayim keçəcək, cənub-şərq küləyi əsəcək”.
Gülxar
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi