Ekologiya
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-24, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 20-də arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!