ETSN daha bir qanunsuz ağac kəsimi aşkarladı
Bizi izləyin

Ekologiya

ETSN daha bir qanunsuz ağac kəsimi aşkarladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Yevlax rayonu ərazisində "Kamaz" markalı 20 DC 991 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 26,6 m3 həcmində fıstıq cinsli işlik meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi Oğuz rayon sakini Vüqar Məmmədov barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2832,90 manat məbləğində ziyan tətbiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm