Ekologiya
Küləkli havadan sui-istifadə edib ağacları kəsdilər - Bakıda
Bakıda müşahidə edilən güclü külək bəhanəsiylə ağacların qəsdən məhv edilməsi faktları aşkarlanıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, şəhər sakinləri arasında ağacları bilərəkdən kökündən çıxaranlar da var.
BŞİH rəsmisi hazırda həmin faktların dəqiqləşdirildiyini deyib:
"Çox təəssüf ki, belə havadan sui-istifadə edənlər də olur. Bəziləri qəsdən obyektlərin qarşısında olan ağacları aşırır və sonra da deyirlər ki, gecə külək sındırıb. Əslində isə həmin ağac onların öz maraqlarına uyğun olmadığı üçün bu hərəkəti ediblər".
Qeyd edək ki, ötən gündən bəri şəhərin müxtəlif yerlərində 60-a yaxın ağacın aşması barədə müraciət daxil olub. Müraciətlər daha çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarından daxıl olub.
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər