Nazirlik neft emalı zavodu ilə bağlı araşdırma apardı
Bizi izləyin

Ekologiya

Nazirlik neft emalı zavodu ilə bağlı araşdırma apardı

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.
Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, sabah nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm