Rəşad Mahmudov: “Büdcədən səhiyyəyə ayrılan vəsait 1 milyard manatı keçib”
Bizi izləyin

Ekologiya

Rəşad Mahmudov: “Büdcədən səhiyyəyə ayrılan vəsait 1 milyard manatı keçib”

Milli Məclis “2019-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsini davam etdirir.

Publika.az xəbər verir ki, dünən büdcə müzakirələrində 28 deputat çıxış edib. Bu gün də müzakirələr davam etdirilib.

Deputat Rəşad Mahmudov deyib ki, səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının düzgün istifadəsi əhalinin sağlamlığının qorunmmasında mühüm rol oyanyır.

Onun sözlərinə görə, maliyyə siyasətinin effektiv olması üçün bir sıra dövlət qüurmlarının sıx əlaqədə işləməsi vacibdir.

Deputat qeyd edib ki, bu il səhiyyəyə ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyardı keçib: “Eləcə də icbari tibbi sığortanın 2019-ci ildə tətbiqi üçün 224 milyon manat nəzərdə tutulub. Hesab edirəm ki, bu sahəyə ayrılan vəsaitin çoxaldılması səhiyyənin inkişafına öz töhvəsinə verəcək. Dünya ölkələrinin büdcəsində təhsil və səhiyyəyə ayrılan xərclərə baxanda aydın görünür ki, səhiyyə xərcləri təhsil xərclərindən 20 faiz çox olur. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, səhiyyə xidmətinin keyfiyyətli olması üçün tibb heyət, maliyyələşmə, informasiya texnologiyalarının tətbiqi vacibdir. Hesab edirəm ki, Azərbaycanda öz həllini tapan digər amillər tbbi heyətinin inkişafına səbəb olacaq. 2019-cu il dövlət büdcəsi dövlətimizin səhiyyə siyasətində yeni maliyyə baxışı kimi yaddaşlarda qalacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm