Muxtar Babayev Tovuzda vətəndaşlarla görüşəcək
Bizi izləyin

Ekologiya

Muxtar Babayev Tovuzda vətəndaşlarla görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 23-də Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, görüş saat 09:30-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz şəhəri, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-330-95-49, 050-349-02-83, 022-317-35-29) xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm