Dəhşətli zəlzələlər GƏLİR - Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Bizi izləyin

Ekologiya

Dəhşətli zəlzələlər GƏLİR - Alimlərdən QORXUNC XƏBƏRDARLIQ

Okean dibindəki dərinlik vasitəsilə hər il milyardlarla litr su yerin altına çəkilir.

Publika.az xəbər verir ki, Vaşinqton Universitetində bu araşdırmaya rəhbərlik edən Çen Cai açıqlama verib.

Alim suyun çəkilmə göstəricisinin daha əvvəl təxmin ediləndən 3 dəfə çox olduğunu deyib.

Alimlər okeanlardan suyun çəkilməsinin bu qədər artmasını zəlzələlərlə əlaqələndirib. Onlar bu səbəbdən yeni zəlzələlərin olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Mütəxəssislər Sakit okeanın qərbindəki Marian çökəkliyi yaxınlığında quraşdırılan sistemdən əldə edilən nəticələr araşdırıb. Sakit okean platformasının Filippin platformasının altına sürüşdüyünü müəyyən ediblər.

Kolumbiya Universitetinin dəniz geologiyası və geologiya üzrə mütəxəssisi Donna Şillinqton suyun dünyanın alt qatlarındakı maqmanın inkişafına təsir edəcəyini, bunun da yeni zəlzələlərə səbəb olacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm