Sabah Bakıya güclü yağış, rayonlara QAR YAĞACAQ
Bizi izləyin

Ekologiya

Sabah Bakıya güclü yağış, rayonlara QAR YAĞACAQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm