Bakının bəzi ərazilərində TƏHLÜKƏ: qrunt sularının səviyyəsi qalxır
Bizi izləyin

Ekologiya

Bakının bəzi ərazilərində TƏHLÜKƏ: qrunt sularının səviyyəsi qalxır

Bakıda bəzi ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində qalxma müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a bildirilib ki, Bakının Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi yüksəlir.

Şuşa şəhərciyi subasma sahəsində, Daş Karxanası yaşayış massivində də atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb.

Sabunçu rayonunda Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Xəzər rayonunun Qala qəsəbəsində də eyni səbəbdən qrunt sularının səviyyəsi qalxır.

Binəqədi rayonunda Binəqədi 1-ci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində artım qeydə alınır.

Qeyd edilib ki, sadalanan ərazilərin hamısında subasma prosesin dinamikasında stabil gərgin vəziyyət müşahidə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm