Ekologiya
İstirahət günlərinin hava proqnozu açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin arabir yağışlı, dumanlı olacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki,
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə
intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi üstünlük təşkil
edəcək. Havanın maksimal temperaturu 9-12, dağlıq rayonlarda 6-9
dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı
olacağı gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə
duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə
isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasının hava şəraitinin arabir yağışlı
olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə
isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki, buludlu hava
şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal
temperaturu 9-11 dərəcə isti təşkil edəcək.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq