Gələn ildən hava proqnozları daha dəqiq veriləcək
Bizi izləyin

Ekologiya

Gələn ildən hava proqnozları daha dəqiq veriləcək

Gələn il Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dopler radar sistemi dünyada geniş istifadə olunur:

"Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hanısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi bu dəqiqliyi demək çətin idi. Çünki bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Gözləyirik ki, sistemin ölkəyə gətirilməsi gələn ilə proqnazlaşdırılır".

Umayra Tağıyeva qeyd edib ki, dopler radar müşahidə sistemi kifayət qədər bahalı sistemlərdir:" Bu sitemin əhatə radiusı 200 kilometri əhatə edir. Azı üç radarın Azərbaycanda fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfjndən sistemin yeri müəytən ediləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam etdirləcəkÇalışmalıyıq ki, sistemlər bütün ölkəni əhatə etsin. Əhatə dairəsi 200 kilometrdir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm