Ekologiya
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: bu axşamdan...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti paytaxtda və Abşeron yarımadasında müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yanvarın 7-si axşamdan 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də buludlu havanın üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.
Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı