Ekologiya
Sabah yağış, GÜCLÜ KÜLƏK OLACAQ - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, bölgələrdə sabah axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında yanvarın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.
Bölgələrdə sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı