Bakıya sulu qar yağır - (YENİLƏNİR)
Bizi izləyin

Ekologiya

Bakıya sulu qar yağır - (YENİLƏNİR)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgah hava şəraiti ilə bağlı son durumu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə növbəti məlumatı açıqlayıb.

Qərargahdan Publika.az-a verilən məlumatda bildirilir ki, proqnozlaşdırıldığı kimi paytaxtda və Abşeron yarımadasında küləyin sürəti 30-35 m/saniyəyə çatıb.

“Hazırda dənizdə dalğanın hündürlüyü 4.8 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl rayonlarına qar yağır. Saatlı, Sabirabad, Biləsuvar, İmişli rayonlarında isə yağışlı hava şəraiti müşahidə edilir. Lakin paytaxtdan fərqli olaraq regionlarda küləyin sürəti güclü deyil. Rayonlarda küləyin maksimum sürəti 25-28 m/saniyə qeydə alınıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm