Ekologiya
Çaylarda suyun səviyyəsi yenə dəyişdi
Çaylarda suyun səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 kub/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 155 kub/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70,0 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 8, Surrada 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 426 sm (2018-ci il fevralın 1-də 389 sm), Şirvanda 313 sm (2018-ci il fevralın 1-də 279 sm), Salyanda 276 (2018-ci il fevralın 1-də 233 sm), Bankədə 241 sm (2018-ci il fevralın 1-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2018-ci il fevralın 1-də 128 sm) təşkil edir.
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ