Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
Bizi izləyin

Ekologiya

Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hindreometorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti,Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Bölgələrdə də arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm