Azərbaycanda qanunsuz ov edən Qətər vətəndaşı saxlanıldı
Bizi izləyin

Ekologiya

Azərbaycanda qanunsuz ov edən Qətər vətəndaşı saxlanıldı

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər dövlət vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm