Qaydalar dəyişdi - Bunu edənlər CƏRİMƏLƏNƏCƏK
Bizi izləyin

Ekologiya

Qaydalar dəyişdi - Bunu edənlər CƏRİMƏLƏNƏCƏK

Nazirlər Kabineti “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qaydaları təsdiqləyib.

Publika.az xəbər verir ki, yeni qaydalara görə, qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyən edilib.

Hər kiloqram yabanı (cır ) meyvə – alma, armud, zoğal, alça və s.-ə görə 1 manat, peyvənd meyvələrə görə 2 manat cərimə müəyyən edilib. Həmçinin itburnu, eləcə də digər dərman bitkiləri, şabalıd, fındığın kiloqramına görə 2 manat, çaytikanının, qozun kiloqramına görə 3 manat, fıstıq toxumuna görə 1.5 manat, palıd 1, çökə toxumuna görə 1.5 manat cərimə ediləcək. Qamış, qarğı, meşə düşənəyi, tökülmüş yarpaqların hər kubmetri üçün 0.50manat cərimə müəyyən edilib.

Meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm