Ekologiya
2 dərəcə şaxta, külək, çiskin - Sabahın HAVASI
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir çiskin olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO