Qara qar yağdı - Uşaqlar üçün zərərlidir
Bizi izləyin

Ekologiya

Qara qar yağdı - Uşaqlar üçün zərərlidir

Rusiyanın Sibir bölgəsində qara qar yağıb.

Publika.az xəbər verir ki, qara qar əsasən Prokopyevsk, Leninsk-Kuznetsky ve Kiselyovsk bölgələrində müşahidə edilib.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, qara qarın yağma səbəbi ərazidəki fabriklərdən havaya buraxılan tüstüdür. Ərazidəki zavodlardan birinin direktoru Anatoliy Volkov şirkətin küçəni kirdən qoruyan xüsusi pərdələrinin olduğunu deyib.

Eyni zamanda, Kemerovo Regionunun Sənaye, Nəqliyyat və Ətraf Mühit üzrə Vali müavini Andrei Panov hadisənin səbəbi ola biləcək kömür qazanları, digər zavodlardan havaya atılan tullantılarla əlaqələndirib.

Məlumatda bu cür havanın uşaqlar üçün zərərli olduğu qeyd edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm