Ekologiya
Kür çayında suyun səviyyəsi dəyişdi
Azərbaycandakı çaylarda suyun səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edib.
Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 130 kub/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 177 kub/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54 kub/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 69 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 sm artım, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2018-ci il fevralın 22-də 404 sm), Şirvanda 275 sm (2018-ci il fevralın 22-də 279 sm), Salyanda 231 (2018-ci il fevralın 22-də 225 sm), Bankədə 215 sm (2018-ci il fevralın 22-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2018-ci il fevralın 22-də 116 sm) təşkil edib.
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı