Ekologiya
Bakıda şam ağaclarının kütləvi qurudulmasına RƏSMİ REAKSİYA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib.
Nazir müavini Firdovsi Əliyev Report-a açıqlamasında sözügedən ərazidə ağacların qurudulması və kəsilməsi ilə bağlı Nazirlik tərəfindən artıq bir müddət əvvəl tədbir görüldüyünü bildirib.
Onun sözlərinə görə, həmin əraziyə Nazirliyin əməkdaşları tərəfindən baxış keçirilib və araşdırma aparılıb. “Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də yaşıllıq ərazidə 21 şam ağacının qəsdən qurudulması, aşması və kəsilməsi faktı aşkar edilib. Məlum olub ki, ərazidə “Xalq city” MTK tərəfindən tikinti işləri aparılır. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan hesablanıb”.
F.Əliyev qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, təqsirkarlara qanunvericilik çərçivəsində cəza tədbirlərinin təyin edilməsi üçün toplanmış materiallar Abşeron Şəhər Prokurorluğuna göndərilib.
Nazir müavini bildirib ki, ərazi Nazirlik tərəfindən nəzarətə götürülüb və bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilməsi, qurumuş ağacların yerinə yenilərinin əkilməsi barədə tapşırıq verilib”.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident