Martın 10-da ov mövsümü başa çatacaq
Bizi izləyin

Ekologiya

Martın 10-da ov mövsümü başa çatacaq

Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, 2018-2019-cu il üzrə ov mövsümünün 2018-ci il mayın 26-da elan olunub.

H.Əlizadənin sözlərinə görə, bu ilki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir. Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.

Departament direktoru 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də nəzərə çatdırıb.

O, Azərbaycanda ov etmək istəyən insanların maarifləndirməsinə də ehtiyac olduğunu bildirib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm