• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Nazirlikdən XƏBƏRDARLIQ: hava kəskin soyuyacaq, martın 20-dək...

Nazirlikdən XƏBƏRDARLIQ: hava kəskin soyuyacaq, martın 20-dək...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Bölgələrdə isə martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...