Ekologiya
Sabah yağış yağacaq - PROQNOZ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında martın 23-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Lakin axşama doğru isə bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA