Yağış, qar yağacaq - Sabahdan HAVA DƏYİŞİR
Bizi izləyin

Ekologiya

Yağış, qar yağacaq - Sabahdan HAVA DƏYİŞİR

Bakıda və Abşeron yarımadasında hava şəraitinin martın 24-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən Publika.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz oluanacq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s külək müşahidə ediləcək. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə dumanolacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm