Bakıda ağacəkmə aksiyası keçirildi - FOTO
Bizi izləyin

Ekologiya

Bakıda ağacəkmə aksiyası keçirildi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) birgə təşkilatçılığı ilə paytaxtda ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.

Aksiya çərçivəsində ETSN, BŞİH əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm