İstirahət günlərinin HAVA PROQNOZU AÇIQLANDI
Bizi izləyin

Ekologiya

İstirahət günlərinin HAVA PROQNOZU AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri yağışlı hava şəraiti gözləyir. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm