• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Nazirlik bu restoranlarda pozuntu halları aşkarladı

Nazirlik bu restoranlarda pozuntu halları aşkarladı

Artıq restoran və şadlıq saraylarının 90 faizində təmizləyici qurğular quraşdırılıb.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.

Onun sözlərinə görə, bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb:

“Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.

Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

A.Tağıyev onu da bildirib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir.

“Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR