Kənddəki ağacları kəsdi - 2950 manat cərimələndi
Bizi izləyin

Ekologiya

Kənddəki ağacları kəsdi - 2950 manat cərimələndi

Qusar rayonu Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə,fakt nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.

Araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm