Ekologiya
Nazirlik atmosferi çirkləndirən restoranların adlarını açıqladı - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların qarşısının alınması ilə bağlı növbəti monitorinq keçirib.
Bunu jurnalistlərə açıqlamasında nazirliyin aparat rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, bu məqsədlə nazirlik 470 obyektdə monitorinq keçirib və 455 obyektdə təmizləyici qurğu quraşdırıldığı məlum olub: "Aprel ayında isə həmin qurğular quraşdırılan obyektlərdə vəziyyəti öyrənmək üçün Bakı və Sumqayıtda 107 ictimai iaşə obyektində yoxlama keçirilib. Monitorinq zamanı 22 obyektdə təmizləyici qurğular quraşdırılsa da, qurğulara nəzarət olunmadığından atmosferə həddindən artıq tullantıların atılması faktı aşkarlanıb: "Həmin obyektlərə biz icrası məcburi göstərişlər vermişik. Həmin obyektlər "İmperator", "Oazis", "Sonalar Sonası", "Cratos", "Madona,"Meridian, "Su səsi", "Dan Ulduzu", "Hissa", "Şahzadə", "Kremlin Hall", "Qızıl tac", "Elit Eventis Hall", "Xarı bülbül, "Gold Palase", "Piano" və "Kolizey" şadlıq sarayları, "Sandıq", " Qızıl qaya", "İstanbul", "Quzu qabırğası" və "Şəki" restoranlarıdır". (Trend)
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU