Ekologiya
Finlandiyalı mütəxəssislər Milli Hidrometeorologiya Departamentində treninq keçirdi
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin (MHD) əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən treninq keçirilib.
Treninqin keçirilməsində məqsəd MHD-nin fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik sisteminin optimallaşdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsidir.
Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri Pietarila Departamentin struktur bölmələrinin mütəxəssislərinə Finlandiyada istifadə olunan radar müşahidə sistemləri, proqnoz metodları, erkən xəbərdarlıq sisteminin iş prinsipləri və müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı geniş məlumat verib.
Tədbirdə Milli Hidrometeorologiya Departamenti ilə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və maraq doğuran suallar cavablandırılıb.
MHD-də FMİ-nin mütəxəssislərinin dəstəyi ilə kadr hazırlığı üzrə fəaliyyətin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Finlandiya Meteorologiya İnstitutu meteorologiya sahəsində dünyanın qabaqcıl xidmətlərindən biri olmaqla rəqəmsal modellərin, innovativ texnologiyaların geniş tətbiqi sahəsində fəaliyyət göstərir.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı