Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirildi - FOTO
Bizi izləyin

Ekologiya

Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirildi - FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Publika.az-ın məlumatına görə, aksiya Bakının Suraxanı rayonunun Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilib.

Aksiyada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclis sədrinin müavini Bahar Muradova, partiya üzvləri və fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: "Digər tərəfdən, Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə dəstək göstəririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm