4 ay ərzində 72 qanunsuz balıqovlama faktı aşkarlandı
Bizi izləyin

Ekologiya

4 ay ərzində 72 qanunsuz balıqovlama faktı aşkarlandı

Ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində ötən il və bu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, ekoloji hüquqpozmalar sahəsində 131 inzibati xəta faktı aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsinin brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov mayın 14-də keçirilən mətbuat konfransında məlumat verib.

Bölmə rəisi bildirib ki, cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 101 qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kiloqram müxtəlif növ balıq, 2 min 662 krevet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulub, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. Bu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2 qanunsuz ovetmə cinayət, bu sahədə 48 inzibati xəta faktı aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm