Sabah rayonlarda leysan, dolu yağacaq
Bizi izləyin

Ekologiya

Sabah rayonlarda leysan, dolu yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman proqnozlaşdırılır.

Mülayim cənub küləyi əsəcək. Abşeron yarımadasında gecə 15-18° isti, gündüz 24-28° isti təşkil edəcək. Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm