• USD 1,7000 0,00% EUR 1,8907 0,00%
    • GBP 2,1838 0,00% RUB 0,0265 0,00%

Leysan, dolu gəlir - Nazirlikdən HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu gəlir - Nazirlikdən HAVA XƏBƏRDARLIĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraitini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, respublikanın rayonlarında mayın 26, 27, 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir. May ayının 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR