Ekologiya
Üç günün hava proqnozu açıqlandı
Mayın 31-dən iyunun 2-dək Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək, iyunun 2-də arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29 dərəcə isti, iyunun 1-2-də 31 dərəcəyədək isti təşkil edəcək.
Əksər rayonlarda mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gecə və axşam lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO