Nazirlik Qax sakinlərinə təşəkkür edir: "Yanğın meşəyə keçə bilərdi"
Bizi izləyin

Ekologiya

Nazirlik Qax sakinlərinə təşəkkür edir: "Yanğın meşəyə keçə bilərdi"

İlisu qoruğunun sərhədində baş verən yanğının qoruq ərazisinə keçməsinin qarşısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli sakinlərin və yanğınsöndürənlərin fədakarlığı sayəsində alınıb.

Publika.az xəbər verir ki, bu sözləri nazirliyin departament direktoru Hikmət Əlizadə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, belə fədakarlıq göstərilməsəydi, Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandırması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi və təbiətə böyuk ziyan dəyərdi: "Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirliyimiz adından minnətdarlıq bildirirəm".

Xatırladaq ki, 19 iyul 2019-cu il tarixində İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın ETSN-nin yerli qurumlarının 150-dək əməkdaşının, yerli sakinlərin, həmçinin, FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm