Ekologiya
Neft Emalı Zavodunun məşəl qurğusundakı tüstülənmənin səbəbi bilindi
İyulun 24 -də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl qurğusunda müşahidə olunan tüstü axınının zavoddakı istehsalat prosesində baş vermiş qəza ilə bağlı olduğu təsdiqlənib.
Publika.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, zavodun 5 nömrəli istehsalat sahəsində qəza olub: "Araşdırmalar göstərdi ki, axşam saatlarında zavodun 5 nömrəli istehsalat sahəsində qəza qeydə alınıb və havada tüstü axını müşahidə edilib. Görülən tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırılıb".
İ.İbrahimova əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərinin həmin vaxt apardığı monitorinqlərin nəticələrinə görə, havaya atılan tullantıların miqdarı normadan artıq olub. Bu gün səhər nazirliyin mütəxəssisləri tərəfindən məşəl qurğusunun ətrafında yenidən monitorinqlər keçirilib və havaya atılan tullantıların norma daxilində olduğu müəyyən edilib.
Gələcəkdə belə hallara yol verilməməsi üçün texnoloji proseslərə cavabdeh olan şəxslərə xəbərdarlıq edilib.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO