Bakıda küləyin sürəti 40, dalğanın hündürlüyü 6,5 metr olub - FAKTİKİ HAVA
Bizi izləyin

Ekologiya

Bakıda küləyin sürəti 40, dalğanın hündürlüyü 6,5 metr olub - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb.

Publika.az-a daxil olan məlumata görə, 05 avqust səhər saatlarından başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Bakıda və Abşeron yarımadasında: küləyin sürəti Bakıda və Sumqayıtda 35-40m/s, Qum adasında 34 m/s, Maştağada 35 m/s, Pirallahıda 24 m/s, Cilov adası, Binə və Ələtdə 28 m/s, Zabratda 22 m/s, Neft daşlarında 27 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrdir.

Azərbaycanın rayonlarında: Qərb küləyi Naftalanda 34 m/s, Tərtərdə 32 m/s, Neftçalada 30 m/s, Bərdə, Zərdab, Tovuzda 22 m/s, Yevlax, Nabran, Cəncədə 20 m/s, Mingəçevirdə 19 m/s, Ağdam, Ağstafa, Xaçmazda 18 m/s-ə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm