Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"
Bizi izləyin

Ekologiya

Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"

Hava proqnozunun verilməsi çətinləşib.

Publika.az xəbər verir ki, bunu jurnalıstlərə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

"İqlim və hava şəraiti daim insanı həyatı üçün mühüm olub.​ Biz hava şəraitindən tam asılı olan ibtidai insanlardan danışmırıq. Hazırda bəşəriyyətin, elm və texnikanın sürətli inkişafına baxmayaraq, həyatımız hələ də müəyyən dərəcədə hava şəraitinin ​və iqlim dəyişmələrinin təsirlərindən asılıdır.
Bu barədə çox və ətraflı danışmaq olar, lakın biz sinoptiklərin öhdəsinə düşən hava şəraitinin proqnozlaşdırılması ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirik. Belə ki, sinoptika sahəsində ​ təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hava şəraitini proqnozlaşdırmaq daha ​da çətinləşib.​ Soruşa bilərsiniz ki, bütün dünyada, o cümlədən bizdə də ildən-ilə texniki imkanlar yaxşılaşır, müasir avadanlıqlar tətbiq olunur, bu sahədə elm irəli gedir. Onda nə üçün hava proqnozunu vermək daha mürəkkəb olub?

Əlbətdə ki, müxtəlif fikirlər, fərziyələr var, səmimi desəm, bu suala birmənalı cavab verməkdə çətinlik çəkirəm. Əgər əvvəllər ilin ​fəsilləri və onlara səciyyəvi hava şəraiti daha aydın özünü biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər, əgər belə demək olarsa “sürüşür”, meteoroloji anomaliyalar daha gabarıq və daha tez-tez özünü göstərir".​ ​

Mütəxəssis qeyd edir ki. 90-cı illərdə, bu prosesləri izləyərək, onların başlanmasını, inkişafını və dinamikası bu təsfirlərə uyğun baş verirdiyinin ​şahidi olduğu halda, bu gün həmin klassik proseslərı getdikcə daha az müşahidə edirik: 2Sabit sinoptik şəraitdə gözlənilməz anı dəyişikliklər qeyd edirik ki, bunları hətta bir gün əvvəl ​ proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri ​ “tutmur”.

U. Tağıyeva hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdıqları bəzi problemlərə toxunub. Qeyd edib ki, bu problemlər, ilk növbədə, güclü külək, leysan yaşışlar, anomal isti və soyuqlarla bağlıdır: "Beynəlxalq təcrübədə qəbul olunmuş termin və formatlara uyğun xəbərdarlıqlar olunur. ​
Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki, ​həm panika ​yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar və onların xasiyyətləri, davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidərək, dərhal mağazalara üz tutur, uzunmüddətli blokadaya hazılaşırmış kimi davranırlar. Elə bu səbəbdən də, biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyatla yanaşmağa məcburuq.
Çox gözəl başa düşürük ki, bizim vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı ( neftçilər, dənizçilər, və s.) asılıdır . Ekstremal hava şəraiti haqqında xəbərdarlıqlarımız bütün müvafiq ​ struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun olaraq öz işlərini tənzimləyirlər".

Nazirliyin rəsmisi qeyd edib ki, son zamanlar, Bakı şəhər İcra Hakimiyyəti​ onlara böyük dəstək göstərir, xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır: "Bununla yanaşı, öz səhlənkarlığını və lageyidliklərinin məsuliyyətini sinoptiklərin ünvanına atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq".

Onun sözlərinə görə, dövlət tərəfindən sinoptiklərin işinin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki baza yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur ki, bu da öz növbəsində işin keyfiyyətinin yüksəlməsinə yönəlir: "Bu ili sonunadək, dövlət investiaiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq".

O qeyd edib ki, Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir. Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə ​ bizi tez-tez sınağa çəkdiyi zaman: " Yalnız sahələrarası düzgün əlagələndirilmiş iş sayəsində, ola biləcək insan itkisinin qarşısını almaq​ mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yübileyini qeyd edəcək Neft Daşları stansiyasının​ avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər ​ idarə etməlidir. Bu mütəxəssilərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlıdır və inasanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm