Ekologiya
Nazirlikdən yanan meşələrlə bağlı unikal addım
“Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək, yanan ərazilərin tez bir zamanda bərpa olunmasına çalışacağıq”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, dünyanın bir çox yerlərində meşə yanğınları tüğyan edir, nəticədə insan tələfatı baş verir, minlərlə hektar meşə sahəsi insanların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından məhv olur:
“Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş verməyib, insan tələfatı olmayıb. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı ucbatından və deyərdim ki, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bu cür etinasızlıq, yaxud qəsdən yanğının törədilməsi dövlət büdcəsinə milyonlarla zərər vurur. Biz belə halların azalması və ümumiyyətlə, baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görürük və bundan sonra da görəcəyik.
Təəssüf ki, bəziləri təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və olacaqları düşünmürlər.
İki gündür isti havada gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb onu söndürənlərə ən azı AFƏRİN deyirik. Sağ olun. Halal olsun SİZlərə!!!
Meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir. Təbiətin bu qiymətli nemətini qorumaq hər birimizin borcu olmalıdır".
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu