Altıağac Milli Parkında “açıq qapı” günü keçiriləcək - - FOTO
Bizi izləyin

Ekologiya

Altıağac Milli Parkında “açıq qapı” günü keçiriləcək - - FOTO

Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edirik"- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm