Ekologiya
Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir
Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir. Təşkilatçılar sentyabrın 20-dən 27-dək dünyanın 156 ölkəsində 5,2 min iqlim tətilinin keçiriləcəyi haqda bəyan ediblər.
Publika.az xəbər verir ki, bu barədə iqlim müdafiəsi uğrunda tətil hərəkatının yaradıcısı Qreta Tunberq özünün “Twitter” hesabında məlumat yayıb.
İsveçli məktəbli Tunberq ötən il məktəbdə dərs keçmək əvəzinə hakimiyyət orqanlarından iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini gücləndirmək tələbi ilə İsveç parlamentinin qarşısına gəlib. Tunberqin təşəbbüsü “FridaysForFuture” - beynəlxalq cümə günləri hərəkatına çevrilib. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun rəyinə görə, bəşəriyyət istiləşmənin azı 1,5 dərəcədən yuxarı qalxmamasından ötrü karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Lakin indiyədək yalnız 12 ölkə tullantıların azaldılması üzrə öhdəliklərini rəsmi şəkildə təsdiqləyiblər.
“Qlobal iqlim tətilləri sentyabrın 20-dən 27-dək keçiriləcək: 156 ölkədə 5225 aksiya”, - deyə məlumatda bildirilir.
“FridaysForFuture” hərəkatının fərziyyəsinə görə, ən irimiqyaslı aksiyalar ABŞ və Avropada keçiriləcək.
İqlim tətilləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda sentyabrın 23-də işə başlayacaq iqlim sammitinə həsr olunur. Sammitdə ölkə rəhbərləri qlobal istiləşmənin qarşısının alınması üzrə fəaliyyəti müzakirə edəcəklər.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?