Bakıya yağış, rayonlara sulu qar, qar yağacaq - Sabahın HAVA PROQNOZU
Bizi izləyin

Ekologiya

Bakıya yağış, rayonlara sulu qar, qar yağacaq - Sabahın HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-21° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm